linkedin behance facebook instagram odnoklassniki medium twitter vimeo vk youtube logo-edx
Ana içeriğe dön

CS50xKodluyoruz Azərbaycan Kodluyoruz


CS50x Kodluyoruz Azərbaycan, Harvard Universiteti professoru David J. Malan tərəfindən tədris edilən əfsanəvi kompüter elmlərinə giriş kursunun azərbaycan dilində olan versiyasıdır.

CS50x Kodluyoruz Haqqında

İlk addım Türkiyə idi.

CS50x (Computer Science 50), Harvard Universiteti professoru David J. Malan tərəfindən tədris edilən əfsanəvi kompüter elmlərinə giriş kursudur. Dedik ki, hər il milyonlarca insan tərəfindən öyrənilən bu kursu Türk dilinə tərcümə etsək və Türkiyənin hər bir yerindən gənclərə çatdırsaq necə olar? Onlayn və pulsuz etsək? Və bunu edərkən, çalışma qrupları ilə hər yaşdan gəncin birlikdə öyrənməyinə kömək etsək?

Bu xəyalı qurduq və bugün buradayıq: CS50x 2019-u onlarla könüllü ilə türkcəyə dublyaj edərək türkcələşdirdik və 2020-ci ilin yay aylarında hamıya açdıq!

Türkiyədən sonra indi növbə Azərbaycandadır!

Azərbaycanda proqramlaşdırmaya ilk addımını atmaq istəyən, amma haradan başlayacağını bilməyən hər kəs üçün CS50x-i dünyanın dörd bir yerindən 24 könüllü ilə birlikdə azərbaycancaya tərcümə etdik. İngiliscə və türkcə səsləndirilmiş video dərsləri azərbaycanca altyazı ilə öyrənə bilərsiniz.

Kursun mündəricatına buradan baxa bilərsiniz. Dərs onlayn və heç bir müsahibə olmadan, hamıya açıqdır. Yaşınızın və ya harada olmağınızın heç bir fərqi yoxdur! Dərsi tamamlayanlar sonda CS50x Kodluyoruz sertifikatı alacaq.

Tələblər

İstər heç kompüter təhsili almamış olun, istərsə də öz biliklərinizi artırmaq istəyin: Bu dərs, sağlam alqoritm bünövrəsi istəyən hərkəs üçündür!

Kursun Müəllimi

Course Staff Image #1

David J. Malan

Harvard Universiteti Professoru

Tez-tez Soruşulan Suallar

Bu dərsi öyrənmək üçün hər hansı kodlaşdırma və ya kompüter elmləri bünövrəm olmalıdırmı?

Xeyr. Bu dərs hər cür bilik səviyyəli insan üçündür! Hətta Harvardda bu dərsi öyrənənlərin 60%-dən çoxu həyatlarında daha əvvəl heç bir kompüter elmləri kursu götürməmiş insanlardır.

Dərsin sonunda sertifikat alacağam?

Dərsi uğurla tamamlayanlar CS50x Kodluyoruz sertifikatı alacaq. Bu sertifikat Harvard Universitetinin sertifikatı olmadığını qeyd edək.

Əgər Harvard Universitetinin sertifikatını almaq istəsəniz, bu linkdən dərsin ingiliscə versiyasını tamamlaya bilər və ödəniş edərək sertifikat ala bilərsiniz.

Kaydol